Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirildi

Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirildi
09.09.2025 16:34 Siyasət

Cari ilin 7 sentyabr tarixində Fransa müstəmləkəsi olan Korsikanın Bastiya şəhərində Forza Novanın çağırışı ilə yüz nəfərdən çox şəxs etiraz aksiyası keçirib. 

TodayPress TV xəbər verir ki, gəncin ailə üzvləri də etirazçılarla birlikdə aksiyada iştirak ediblər.

Belə ki, aksiyanın keçirilməsinə səbəb, 19 yaşlı korsikalı gəncin ölkəyə qeyri-qanuni yolla gəlmiş şəxs tərəfindən bıçaq zərbələri nəticəsində xəsarət alması olub.

Onlar Françeskunun dostları ilə birlikdə hücuma müqavimət göstərdiyini, lakin ağır yaralandığını bildiriblər. Etirazçılar tərəfindən səsləndirilən bəyanatlarda, “Korsikanın heç vaxt zorakılıq və xaos meydançasına çevrilməyəcəyi” vurğulanıb. Aksiyada nümayiş olunan plakartların üzərində “biz nə qurban, nə də şəhid olacağıq, hər zaman öz torpağımızı qoruyacağıq” şüarları səsləndirilib.

Aksiya iştirakçıları zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə dəstəyini ifadə edərək, hadisənin hüquqi müstəvidə davam etdirəcəklərini diqqətə çatdırıblar. Etirazçılar Fransa tərəfindən təyin olunmuş rəsmiləri tənqid etməklə kifayətlənməyib, onların tədbirdə iştirak etməməsini Fransanın Korsikaya olan ədalətsiz siyasəti kimi qiymətləndiriblər. Bu mövqe, mərkəzi hakimiyyətlə ada əhalisi arasında artan inamsızlığın daha bir göstəricisi kimi qəbul edilib. 

Qeyd edək ki, Korsikalıların dərin narazılığının kökündə Fransa hökumətinin adanın demoqrafik tərkibini məqsədli şəkildə dəyişdirməyə yönəlmiş siyasəti dayanır. Bu siyasət çərçivəsində hökumət, Korsikaya qeyri-korsikalı əhalinin məqsədyönlü şəkildə köçürülməsini təşviq edir, bu da adanın yerli mədəni və etnik kimliyinin zəiflədilməsinə xidmət edir. Belə bir yanaşma təkcə Korsikanın tarixi və mədəni özünəməxsusluğuna təhdid yaratmır, həm də yerli əhali ilə yeni gələnlər arasında sosial və siyasi gərginliyi kəskinləşdirir. Bu gərginlik, adada etnik və mədəni ziddiyyətlərin artmasına, eyni zamanda kriminal vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur. Fransa hökumətinin bu siyasəti, Korsikalıların öz torpaqlarında azlıq durumuna düşmək qorxusunu gücləndirir və onların öz müqəddəratını təyin etmək hüquqlarına dair tələblərini daha da aktuallaşdırır.

TodayPress TV

FOTOLAR

Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirildi — 1
Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər