İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı

İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı
08.07.2026 16:00 Siyasət

İsrail qüvvələrinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. 

TodayPress TV xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  İrəvanda jurnalistlərin suallarına cavab verərkən deyib. 

Diplomatın sözlərinə görə, İranda bu məsələ ilə bağlı müxtəlif qeyri-rəsmi müzakirələr aparılsa da, hərbi və təhlükəsizlik sahəsi üzrə mütəxəssislər həmin iddiaları təsdiqləmirlər.

Şirqolami əlavə edib ki, əgər hər hansı ölkənin ərazisi İrana qarşı zərbələr üçün istifadə olunsaydı, bunun nəticələrinin necə olacağı aydındır.

Diplomat, həmçinin Naxçıvan hava limanında baş verdiyini iddia etdiyi "şübhəli insident"ə və bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərt bəyanata da toxunub.

Onun sözlərinə görə, İran bu açıqlamaya təmkinli və ölçülü reaksiya verib, məsələ diplomatik kanallar vasitəsilə həll olunub.

Jalə Rövşən

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər