İlham Əliyev britaniyalı naziri qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və
Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası
Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
TodayPress TV xəbər verir ki, Lord Anas
Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri
Endi Börnhemin məktubunu dövlət başçısına təqdim edərək, Baş nazirin
Azərbaycanla uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm
verdiyini vurğulayıb.
Prezident
İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş nazirinə minnətdarlığını bildirib.
Lord
Anas Sarvar Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını
deyib.
Prezident
İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın
qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri iki ölkənin uzun
müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd edib.
Söhbət
zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord
Vernon Kioakerin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, son dövrlərdə
Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması
münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirilib.
Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunulub, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.