Gürcüstanın XİN rəhbəri Azərbaycana gəldi
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana rəsmi səfərə gəlib.
TodayPress TV xəbər verir ki, onun dövlət rəsmiləri ilə görüşü gözlənilir.
Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərinin, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı ehtimal edilir.