Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində İFADƏ VERDİ

Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində İFADƏ VERDİ
24.11.2026 15:34 Siyasət

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin növbəti məhkəmə iclası keçirilib.

TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Ramiz Mehdiyevin ailəsi şahid qismində ifadə verib.

R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev cinayət işi ilə bağlı sorğu-sual edilib, ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. “Boz kardinal”ın özü və qızı Kamilə Əliyeva da bu iş üzrə şahiddirlər. Amma onlar hələlik dindirilməyiblər.

Bugünkü proses qalan şahidlərin iştirakı məqsədilə təxirə salınıb.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

TodayPress TV

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər