Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım etdi

Siyasət

16.11.2025 12:36

Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü ilə bağlı daha bir paylaşım edib.

TodayPress TV paylaşımı təqdim edir:

“Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən, Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi, geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən Mərkəzi Asiya “6” kimi çıxış edir”.

Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub.

Sənəddə deyilir:

Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır.

tag: Hikmət Hacıyev,Prezident Administrasiyası,Hikmət Hacıyev ,Daşkənd,Todaypress.tv,