Bakıda "Özbəkistan" mədəni-əyləncə kompleksi tikiləcək

Bakıda "Özbəkistan" mədəni-əyləncə kompleksi tikiləcək
03.07.2025 18:00 Siyasət

Bakıda 80 milyon dollar dəyərində "Özbəkistan" mədəni-əyləncə kompleksinin inşası üzrə işlərə başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə özbək KİV-ləri sahibkar Cahongir Artıkhodjayevə istinadən xəbər verir.

"Azərbaycan paytaxtında "Özbəkistan" mədəni-əyləncə kompleksinin tikintisi üzrə genişmiqyaslı layihə həyata keçirilir. Yeni park “Bakı Ağ şəhərdə” (Baku White City) 4,5 hektar ərazidə inşa edilir. Layihənin ümumi dəyəri 80 milyon dollar təşkil edir. Proqnozlara görə, illik ziyarətçi sayı 800 min nəfərə çata bilər", - o qeyd edib.

İş adamı qeyd edib ki, layihənin həyata keçirilməsinə 10 fevral 2025-ci ildə başlanılıb, kompleksin tikintisi zəruri icazələr alındıqdan sonra iki il çəkəcək.

"Artıq söküntü, torpaq işləri, kommunikasiyaların quraşdırılması həyata keçirilib. 11 km boru kəməri, 15 km elektrik kabeli çəkilib, 8 elektrik paneli, 5 nasos və 4 rezervuar quraşdırılıb. Layihə Səmərqənd, Buxara, Xivə üslubunda memarlıq obyektlərinin, emalatxanaların, milli mətbəx restoranlarının, çimərliyin, okeanariumun, ticarət-əyləncə mərkəzinin, mum fiqurlar muzeyinin, şopinq-avenyunun və unikal uçan teatrın yaradılmasını nəzərdə tutur", - deyə Artıkxocayev bildirib.

Konsepsiyanın hazırlanmasına Özbəkistandan olan memarlar cəlb olunub. Daxili infrastrukturu Avstraliya şirkəti Sanderson Group - tematik parkların, o cümlədən Daşkənddəki "Magic City" və Özbəkistandakı bir sıra iri obyektlərin tanınmış beynəlxalq tərtibatçısı layihələndirir. Layihənin Bakı mühitinə uyğunlaşdırılması ilə Azərbaycanın memarlıq büroları məşğul olur.

"Burada Özbəkistanın mədəniyyəti, ənənələri və adətləri əks olunacaq, milli yeməklərin və geyimlərin satışı təşkil ediləcək. Prezident Şavkat Mirziyoyev parkın Azərbaycanda Özbəkistanın həqiqi güzgüsü olmasını tapşırıb", - deyə sahibkar vurğulayıb.

Xatırladaq ki, iyunun 2-də Azərbaycan və Özbəkistan prezidentləri Özbəkistan xəritəsi formasında tərtib ediləcək parkın təməlini qoyublar.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər