Antalyada Bakı–İrəvan görüşü müzakirə olunur
Türkiyə Xarici İşlər Nazirliyi Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü ilə bağlı tərəflərlə danışıq aparır.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin NATO PA-dakı nümayəndəsi Mevlüt Çavuşoğlu məlumat verib.
O, keçirilə biləcək görüşlərdən konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, beşinci Antalya Diplomatiya Forumu gələn il 17–19 aprel tarixlərində keçiriləcək.