Ötən il külək və günəş enerjisi istehsalı 1 %-ə yaxın artıb

Sənaye və energetika

14.01.2026 13:04

2025-ci il Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt/saat, yəni 0,9 % artaraq 28 657,5 milyon kVt/saat olub.

TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 24 milyard 823,4 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 842,5 milyon kVt/saat, digər mənbələr üzrə isə 991,6 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 599,8 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt/saat artımla 769,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 25 milyard 591,8 milyon kVt/saat (İES-lərdə 22 milyard 703,6 milyon kVt/saat, SES-lərdə 2 milyard 827,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 61,1 milyon kVt/saat), "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 38,7 milyonn kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat, idxalı isə 177,2 milyon kVt/saat olub.

TodayPress TV

tag: Külək,Günəş,Enerji,Artım,Todaypress.tv,