Madrid nəhəngi Arda Güləri rekord məbləğlə qorumağa çalışır
“Real Madrid” Türkiyə millisinin üzvü Arda Gülerlə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb. Yeni anlaşmada futbol tarixinin ən yüksək sərbəstqalma məbləğlərindən biri yer alıb.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Madrid təmsilçisi 21 yaşlı futbolçunu uzun müddət komandada saxlamaq niyyətindədir. Bu məqsədlə yeni müqaviləyə 800 milyon avro məbləğində sərbəstqalma bəndi daxil edilib.
Yeni anlaşmaya əsasən, Arda Gülerin illik maaşı da artırılıb. Türkiyə millisinin üzvünün mövsümlük qazancının 9 milyon avroya çatdırıldığı qeyd olunub.
Beləliklə, “Real Madrid” həm müqavilənin müddətini uzatmaqla, həm də yüksək sərbəstqalma məbləği müəyyənləşdirməklə Arda Gülerlə bağlı uzunmüddətli planlarını ortaya qoyub.
Namiq HUN