Paşinyan yeni Konstitusiyanın layihəsini bu tarixdə dərc edəcək

Paşinyan yeni Konstitusiyanın layihəsini bu tarixdə dərc edəcək
20.11.2026 13:46 Dünya

Ermənistan Ədliyyə Nazirliyi ölkənin yeni Konstitusiyanın  layihəsini bazar ertəsi – noyabrın 23-də dərc edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Ermənistan lideri xalqa müraciət edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Paşinyan ötən gün hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyasında dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər