Ukrayna Putini çarəsiz elan etdi

Ukrayna Putini çarəsiz elan etdi
20.11.2026 15:30 Dünya

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Prezidenti Vladimir Putinin müharibəni nə başa çatdıra, nə də qələbə ilə yekunlaşdıra bildiyini bildirib.

TodayPress TV xəbər verir ki, Budanovun sözlərinə görə, hazırda hamı bunun bir çöküş olduğunu anlayır. O qeyd edib ki, obyektiv səbəblərə görə qələbə artıq mümkün deyil. Bununla belə, müharibəni dayandırmaq Putinin Rusiyanın onun arzuladığı qədər güclü və qüdrətli olmadığını etiraf etməsi demək olardı.

Budanovun fikrincə, Putin başladığı müharibənin yaratdığı çıxılmaz vəziyyətdə qalıb. O, vəd etdiyi qələbəni əldə edə bilmir, müharibəni dayandırmaq isə Rusiyanın gücü ilə bağlı formalaşdırdığı obrazın uğursuzluğunu etiraf etməsi anlamına gəlir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər