Yaponiyanın baş nazirinin Malayziyalı həmkarına etdiyi hərəkət zirvəyə damğa vurdu
Yaponiya Baş naziri Sanae Takaiçi ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında APEC sammiti zamanı baş verən maraqlı salamlaşma anı sosial şəbəkələrdə geniş yayılıb.
TodayPress TV xəbər verir ki, hadisə noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC Liderlər Sammiti çərçivəsində baş verib.
Görüntülərdə Ənvər İbrahimin ənənəvi “namaste” jesti ilə – ovuclarını birləşdirərək salam verdiyi görünür. Takaiçi də eyni şəkildə cavab verməyə çalışarkən liderlərin əlləri bir anlıq qarışıb. Daha sonra Yaponiya baş naziri gülümsəyib və üz ifadələri ilə diqqət çəkib.
Həmin anın kameralara düşən görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İstifadəçilər bu epizodu fərqli cür qiymətləndiriblər. Bəziləri onu səmimi və gözlənilməz an kimi təqdim edib, digərləri isə rəsmi diplomatik tədbirdə qeyri-adi salamlaşma kimi şərh ediblər.
Qiymət Mahir
Japonya Başbakanı Takaichi'nin APEC Zirvesi'nde Malezya Başbakanı ile selamlaşırken yaptığı el hareketleri ve yüz ifadeleri: pic.twitter.com/xlBrVLiZOv
— Conflict (@ConflictTR) November 20, 2026