Ukrayna NATO üzvü olur, Donbası verərək...

Ukrayna NATO üzvü olur, Donbası verərək...
20.11.2026 13:36 Dünya

ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyü məsələsini ərazi güzəştləri müqabilində müzakirə etdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, təkliflərdən birində Ukraynanın Donbas bölgəsindən imtina etməsi nəzərdə tutulur. Digər variant isə müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılmasını və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsini ehtiva edir.

Nəşrin yazdığına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Dublin yaxınlığında keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə bu ideyanı müzakirə edib.

Təklifin Ukrayna, Avropa və Rusiya nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən danışıqlarda da gündəmə gətirildiyi bildirilir.

Bununla belə, Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyü ehtimalını nə dərəcədə ciddi nəzərdən keçirdiyi hələlik məlum deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər