Britaniya Çinə hücum edir - Təcili

Britaniya Çinə hücum edir  - Təcili
20.11.2026 13:05 Dünya

Böyük Britaniyanın Çin, Rusiya, İran və Şimali Koreyaya qarşı hücum xarakterli kiberəməliyyatlar həyata keçirdiyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, Britaniya ordusunun generalı Ser Rob Maqouan ölkənin Milli Kiber Qüvvələrinin adıçəkilən dövlətlərə qarşı əməliyyatlar apardığını təsdiqləyib.

General bildirib ki, Britaniya nə müharibə vəziyyətindədir, nə də sülh şəraitindədir. O, ölkənin kiberqüvvələrinin hücum əməliyyatları həyata keçirib-keçirmədiyi ilə bağlı suala “Qətiyyən, bəli” cavabını verib. Maqouan, həmçinin Böyük Britaniyanın təhdidlərə eyni şəkildə cavab verəcəyini vurğulayıb.

Onun sözlərinə görə, bu dörd ölkə törətdikləri əməllərin nəticəsi ilə üzləşəcək.

Məlumatda qeyd olunur ki, Qərb ölkələrinin hərbi rəsmilərinin hücum xarakterli kiberəməliyyatlar barədə bu qədər açıq danışması nadir hallarda baş verir. Beləliklə, Britaniya yalnız öz şəbəkələrini qorumaqla kifayətlənmədiyini, qarşı tərəfə cavab tədbirləri də gördüyünü bəyan edir.

Açıqlama fonunda Rusiyanın kiberhücumlarla müharibə aktı arasındakı sərhədi necə müəyyənləşdirəcəyi məsələsi də gündəmə gəlib.

Qiymət Mahir


XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər