İranı elə hala saldıq ki, bombalamağa ehtiyac qalmadı - Tramp

İranı elə hala saldıq ki, bombalamağa ehtiyac qalmadı - Tramp
20.11.2026 15:29 Dünya

ABŞ administrasiyası İrana qarşı iqtisadi təzyiqlərin effektiv olduğunu və bunun Donald Trampın genişmiqyaslı hərbi əməliyyata ehtiyac duymamasına səbəb ola biləcəyini düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmilərindən birinin anonim açıqlamasına görə, İrana tətbiq edilən iqtisadi məhdudiyyətlər gözlənilən nəticəni verir. Bu səbəbdən Vaşinqton hərbi müdaxilədən yayınmağı nəzərdən keçirə bilər.

İranın iqtisadi planlaşdırmasında neft gəlirlərinin sıfıra enməsi ehtimalı nəzərə alınıb. Ölkənin maliyyə ehtiyatlarının isə dekabrın ortalarına doğru tükənə biləcəyi iddia olunur.

Lakin təzyiq siyasətinin effektivliyi ilə bağlı suallar da var. Belə ki, Xəzər dənizi limanları vasitəsilə İranın zəruri idxalının təxminən 30 faizinin həyata keçirildiyi bildirilir. Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) blokadanı yarmaq niyyətində olduğunu bəyan edib.

Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı yeddi günlük hava əməliyyatının keçirilməsini istəyir. Vaşinqtonun iqtisadi təzyiqləri davam etdirmək mövqeyi isə hələlik hərbi əməliyyata tələsməmək mesajı kimi qiymətləndirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər