İsrail İran raketlərinin qarşısına "Sapand” ilə çıxacaq

İsrail İran raketlərinin qarşısına "Sapand” ilə çıxacaq
20.11.2026 14:34 Dünya

İsrail İran raketlərinə qarşı daha ucuz müdafiə sistemini təkmilləşdirib.

TodayPress TV xəbər verir ki, Bloomberg-in məlumatına görə, İsrail İranın daha geniş mənzilli ballistik raketlərinə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə “David's Sling” (red.“Davudun Sapandı” kimi tərcümə olunur. Bibliyadakı Davudun sapandla Qolyatı məğlub etməsi əhvalatına işarə edir) hava hücumundan müdafiə sistemini təkmilləşdirib.

Təkmilləşdirmənin əsas məqsədi İran raketlərinin zərərsizləşdirilməsi zamanı daha ucuz tutucu raketlərdən istifadə etməkdir. Belə ki, “David's Sling” sisteminin “Stunner” tutucu raketlərinin hər biri təxminən 1 milyon dollara başa gəlir.

Müqayisə üçün, “Arrow 3” sisteminin bir tutucu raketinin qiyməti təxminən 3 milyon dollar, ABŞ istehsalı olan “Patriot PAC-3” raketlərinin qiyməti isə 4 milyon dollardan çoxdur.

Bloomberg yazır ki, bu təkmilləşdirmə İranın İsrailə hücumlarından sonra həyata keçirilib. Həmin hücumlar İsrailin hava hücumundan müdafiə sistemindəki boşluqları və tutucu raketlərin təchizatında yaranan gərginliyi üzə çıxarıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər