Azərbaycan "OPEC+" üzrə kvotadan 91 min barel geri qalıb
Sənaye və energetika
13.05.2026 18:40
2026-ci ilin aprelində Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 460 min barel olub.
TodayPress TV Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, mart ilə müqayisədə hasilatın həcmində 3 min barel artım olub.
Məlumata görə, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel olub. Belə ki, fevralda hasilat 454 min, martda isə 456 min barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 91 min barel geridə qalıb.
tag: Azərbaycan,OPEC,Kvota,Neft,Hasilat,Todaypress.tv,
