Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır

Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
13.11.2026 08:56 Sağlamlıq

Qazaxıstanlı alimlərin hazırladığı ilk xərçəng əleyhinə preparatın 2027-ci ilin ortalarında ölkə bazarına çıxarılması planlaşdırılır.

TodayPress TV "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, preparatın hazırlanmasında gecikmə klinik sınaqlara qoyulan ciddi tələblərlə bağlıdır.

Nurbek bildirib ki, sınaqların birinci mərhələsi uğurla başa çatıb və alimlər ikinci mərhələyə başlayırlar.

"Gələn ilin ortalarınadək preparatın hazırlanmasını başa çatdırmağı və onu mərhələli şəkildə bazara çıxarmağa başlamağı planlaşdırırıq", - deyə nazir bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər