Bəhreynə uçan İran dronu ABŞ-nin hədəfinə çevrildi
ABŞ Bəhreynə doğru hərəkət edən İran dronlarını ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində birtərəfli hücum üçün nəzərdə tutulmuş iki dron buraxıb və hər ikisi ABŞ qüvvələri tərəfindən vurulub. Xəsarət alan və ya zərər görən olmayıb”, – deyə bildirilib.
Xatırladaq ki, bundan əvvəl İran ordusunun elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus radarı uğurla vurduqlarını bildirmişdi.
Aysel Mətləb