Vyetnamda “Ey Vətən” ifası - VİDEO

Vyetnamda “Ey Vətən” ifası - VİDEO
21.11.2026 10:07 Mədəniyyət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsində vyetnamlı müğənninin ifası ilə bağlı video paylaşıb.

TodayPress TV xəbər verir ki, paylaşımda deyilir:

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğənninin ifa etdiyi xalq arasında daha çox "Ey Vətən" kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı "Nəğmə dolu bir ürəyəm", bəstəkarı Elza İbrahimova".

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər