Tatarıstana növbəti PUA zərbəsi: Neft çənləri vuruldu

Tatarıstana növbəti PUA zərbəsi: Neft çənləri vuruldu
23.11.2026 10:06 UEFA

Noyabrın 23-də səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasında neft saxlama çənlərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə bir neçə obyektə ziyan dəyib.

TodayPress TV xəbər verir ki, bu barədə respublika rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tatarıstanın cənub-şərq hissəsi yenidən PUA hücumuna məruz qalıb. Pilotsuz uçuş aparatlarının hədəfi Əlmetyevsk şəhəri yaxınlığında yerləşən neft saxlama çənləri olub.

Rəsmilər hücumun uzun müddət davam etdiyini və bir neçə obyektin zədələndiyini bildiriblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qiymət Mahir


XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər