"Xalq Bank"ın xalis mənfəəti 7 % azaldı
Maliyyə
15.01.2026 13:52
"Xalq Bank" ASC 2025-ci ili 61,081 milyon manat xalis mənfəətlə başa vurub.
TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,1 % azdır.
Ötən il "Xalq Bank"ın gəlirləri 280,978 milyon manat (əvvəlki ilə nisbətən 23,9 % çox), xərcləri 212,46 milyon manat (42 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 6,34 milyon manat (15,2 % çox), mənfəət vergisi ödəmələri isə 13,777 milyon manat (18,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Xalq Bank"ın aktivləri 3 milyard 184,467 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % çoxdur. Bunun 1 milyard 802,456 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 % kiçilib.
Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 3,3 % artaraq 2 milyard 642,015 milyon manat, o cümlədən depozit portfeli 0,8 % artaraq 1 milyard 921,264 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 542,642 milyon manata, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 446,6 milyon manat olub.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.
tag: Xalq Bank,Xalis,Mənfəət,Maliyyə,Todaypress.tv,
