Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
19.01.2026 09:22 Maliyyə

Yanvar ayının 19-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.

TodayPress TV xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 2.45% ucuzlaşaraq 92 708 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.95% azalaraq 3212 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.45%, BNB isə 2.21% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

TodayPress TV



XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər