Bu məhsullar gömrük rüsumlarından azad ediləcək

Bu məhsullar gömrük rüsumlarından azad ediləcək
17.06.2026 15:42 Maliyyə

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir.

TodayPress TV xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər