AMB 2 vəzifəli şəxsi cərimələdı

AMB 2 vəzifəli şəxsi cərimələdı
27.01.2026 11:16 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit" və "SF Azerbaijan" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

TodayPress TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq hər iki BOKT-un vəzifəli şəxsləri müvafiq olaraq 1,5 manat və 2 min manat cərimələnib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər