Usain Boltun əfsanəvi rekordu darmadağın oldu: İnanılmaz nəticə – 9,32 saniyə!

Usain Boltun əfsanəvi rekordu darmadağın oldu: İnanılmaz nəticə – 9,32 saniyə!
22.08.2026 17:17 İqtisadiyyat

Pekin şəhərində keçiriləcək İkinci Dünya Humanoid Robotlar Yarışından əvvəl “Molniya” adlı antropomorfik robot 100 metr məsafəni 9,32 saniyəyə qət edərək dünya rekordunu yeniləyib.

TodayPress TV Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, robot-sprinterin avqustun 22-də keçirilən sınaqlar zamanı maksimal sürəti saniyədə 14,5 metrə çatıb.

100 metr məsafəyə qaçış üzrə dünya rekordu 9,58 saniyə nəticə ilə yamaykalı Useyn Boltun adına idi.

İkinci Dünya Humanoid Robotlar Yarışı avqustun 22-26-da Pekində keçirilir. Yarışda 16 ölkədən 2 mindən çox robot və ümumilikdə 666 komanda iştirak edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər