Ət idxalı 20 %-ə yaxın azaldı

Ət idxalı 20 %-ə yaxın azaldı
25.10.2025 17:50 İqtisadiyyat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 min 320 ton ət idxal edilib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 75 milyon 768 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8 095 ton (19,5 %), dəyər baxımından isə 14 milyon 746 min ABŞ dolları (16,2 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər