Tramp seçki tələb etdi, Zelenski cavab verdi - “Qərarı xalq verəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı sözlərinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Zelenski dövlət başçısını yalnız Ukrayna xalqının dəyişə biləcəyini bəyan edib:
“Əgər Prezident Tramp Ukraynada rəhbəri dəyişmək istəyirsə, bilməlidir ki, onu yalnız bizim xalqımız dəyişə bilər”.
Ukrayna lideri seçkiləri təşkil etməyə hazır olduğunu bildirib, lakin hərbi əməliyyatların əhəmiyyətli dərəcədə dayandırılmayacağı təqdirdə səsvermənin mümkün olmadığını vurğulayıb:
“Seçkilərə hazıram. Təhlükəsizliyi təmin etmək, infrastrukturu qorumaq və seçkilərə hazırlaşmaq üçün bizə həqiqətən də ən azı 60 gün lazımdır”.
Aysel Mətləb