Alıcıları ən çox nədə aldadırlar? – Dövlət Agentliyindən STATİSTİKA
2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçı hüquqlarının müdafiəsi sahəsində 41 protokol tərtib olunub. Növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı isə 868 olub.
TodayPress TV xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, tərtib olunan protokollardan 2-si satılmış malın dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 1-i elektron siqaretlərin və ya onların komponentlərinin satışı və ya satış məqsədilə saxlanılması, 1-i qiymət intizamının pozulması, 1-i isə malların, işlərin və xidmətlərin qiymətinin manatda göstərilməməsi ilə bağlı olub.
Y. Tapdıqlı bildirib ki, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması, standartların tələblərinə cavab verməyən malların istehsalı və satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi faktlarının hər biri üzrə 1 protokol tərtib edilib.
Qeyd olunub ki, ən çox protokol istehlakçıların malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılması faktı üzrə tərtib olunub.
Qiymət Mahir