Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

İqtisadiyyat

10.05.2026 11:07

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

TodayPress TV xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

TodayPress TV

tag: Azərbaycan,Ermənistan,Siyasət,İqdisadiyyat,Todaypress.tv,