Millətlər Liqasında ölüm-dirim mübarizəsi: Püşk atıldı!

Millətlər Liqasında ölüm-dirim mübarizəsi: Püşk atıldı!
20.11.2026 17:10 İdman

UEFA Millətlər Liqasının 2026/27-ci illər mövsümündə 1/4 final və liqalararası pley-off mərhələlərinin püşkatma mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə A Liqasının 1/4 final mərhələsinin, həmçinin A/B və B/C liqaları arasındakı pley-off qarşılaşmalarının cütləri müəyyənləşib.

1/4 final mərhələsinin cütləri:

İspaniya – Fransa

Niderland – Portuqaliya

Norveç – İngiltərə

Belçika – Almaniya

Püşkatmanın nəticələrinə əsasən, İspaniya – Fransa və Niderland – Portuqaliya cütlərinin qalibləri A yarımfinalında, Norveç – İngiltərə və Belçika – Almaniya cütlərinin qalibləri isə B yarımfinalında üz-üzə gələcəklər.

Yarımfinal görüşlərinin qalibləri finalda, məğlubları isə üçüncü yer uğrunda qarşılaşmada mübarizə aparacaqlar.

A/B liqaları arasında pley-off qarşılaşmaları:

Bosniya və Herseqovina – Danimarka

Macarıstan – Serbiya

İrlandiya – Xorvatiya

Sloveniya – Uels

B/C liqaları arasında pley-off qarşılaşmaları:

Kipr – Şimali Makedoniya

Estoniya – Rumıniya

Farer adaları – Gürcüstan

Belarus – İsrail

Qeyd edək ki, A/B pley-off mərhələsinin qalibləri A Liqasında, B/C pley-off mərhələsinin qalibləri isə B Liqasında çıxış etmək hüququ qazanacaqlar. Məğlub komandalar isə müvafiq olaraq aşağı liqaya düşəcəklər.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər