Rusiya Krımsız qaldı - İki ilə körpünü...

Rusiya Krımsız qaldı - İki ilə körpünü...
20.11.2026 16:30 Dünya

Krım körpüsünün bərpası ən azı iki il çəkə bilər.  

TodayPress TV xəbər verir ki, “The New York Times” nəşri bu barədə Xəlifə Universitetinin professoru Andreas Kapposa istinadən məlumat yayıb. 

Professorun qiymətləndirməsinə görə, körpünün tağlı aşırımının dəyişdirilməsi üçün əvvəlcə nəhəng polad konstruksiyalar hazırlanmalı, daha sonra onlar əraziyə daşınmalı və mürəkkəb quraşdırma işləri aparılmalıdır.

O bildirib ki, körpünün dayaq sütunları da zədələnibsə, bərpa prosesi daha çətin və uzunmüddətli ola bilər. Bundan əlavə, mümkün yeni dron hücumları təmir işlərinin müddətini uzada bilər.

Bununla yanaşı, Kreml körpünün qısa müddətdə bərpa ediləcəyini vəd edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə təmir işlərindən sonra körpünün əvvəlkindən “daha yaxşı” olacağını deyib.

Jalə Rövşən  

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər