Çin Tayvanda hakimiyyəti belə devirəcəkmiş...- iddia

Çin Tayvanda hakimiyyəti belə devirəcəkmiş...- iddia
20.11.2026 17:00 Dünya

Tayvan hakimiyyəti Çinlə əlaqəli olduğu ehtimal edilən təxminən 2700 sosial media hesabını Meta şirkətinə şikayət edib.

TodayPress TV Reuters-ə istinadən   xəbər verir ki, Tayvan rəsmiləri həmin hesabları noyabrın 28-də keçiriləcək yerli seçkilərə təsir göstərməyə cəhddə ittiham ediblər.

Bildirilib ki, hesablar cəmiyyətdə parçalanma yaradan narrativlər yayır, seçiciləri səsvermədən çəkindirməyə çalışır və hakim Demokratik Proqressiv Partiyanın (DPP) namizədlərini hədəf alır.

Qeyd edilib ki, Meta şirkəti şikayət edilən hesabların silindiyini təsdiqləyib. Bununla belə, şirkət saxta hesabların heç birində seçkilərlə bağlı məzmun aşkarlanmadığını bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər