Türküstanda şahmat həyəcanı: Azərbaycanlı ustalar mübarizəyə qoşulur!

Türküstanda şahmat həyəcanı: Azərbaycanlı ustalar mübarizəyə qoşulur!
20.11.2026 16:06 İdman

Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının təşkilatçılığı ilə kişi və qadınlar arasında şahmat çempionatı keçiriləcək.

TodayPress TV xəbər verir ki, noyabrın 20-dən 28-dək davam edəcək yarışda 7 ölkənin şahmatçıları mübarizə aparacaqlar.

Çempionat FIDE qaydalarına uyğun olaraq, 14 turdan ibarət dairəvi sistem üzrə (iki dövrə) təşkil olunacaq.

Azərbaycanı yarışda Nicat Abasov və Gövhər Beydullayeva təmsil edəcəklər.

Bundan əlavə, çempionat çərçivəsində təşkil olunacaq veteran şahmatçıların yarışında Vüqar Bayramov da iştirak edəcək.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər