İki penalti, iki qol: “İmişli” məğlubiyyətdən xilas oldu!

İki penalti, iki qol: “İmişli” məğlubiyyətdən xilas oldu!
20.11.2026 16:24 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start verilib.

TodayPress TV xəbər verir ki, turun açılış matçında “İmişli” və “Zirə” komandaları üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 44-cü dəqiqədə Davit Volkov açıb. 55-ci dəqiqədə Rikardo Martins “Zirə”nin üstünlüyünü iki topa çatdırıb.

Lakin meydan sahibləri oyunun gedişində dönüş etməyi bacarıblar. Seyxan Fərəcov 71-ci və 76-cı dəqiqələrdə penaltidən fərqlənərək “İmişli”yə heç-heçə qazandırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turuna noyabrın 22-də yekun vurulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər