Putin səhvən Polşaya PUA və bir neçə kiçik raket göndərib - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının və raketlərinin Polşaya düşməsini “səhv” adlandırdı.
TodayPress TV xəbər verir ki, Polşa Mətbuat Agentliyinin (PAP) məlumatına görə ABŞ Prezidenti bunu "Fox News" telekanalına telefon müsahibəsində deyib.
Polşanın Baş naziri Donald Tuskun Vladimir Putini “dost” adlandırmasına etirazına münasibət bildirən Tramp deyib: “Bununla bağlı heç nə edə bilmərəm”.
ABŞ Prezidenti əlavə edib ki, Putinin dronları və bir neçə kiçik raketi səhvən Polşaya düşüb.
Qeyd edək ki, Rusiya ordusunun noyabrın 20-də Ukraynaya genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumu qonşu Polşada ciddi təşviş yaradıb. Ukrayna ilə sərhədə yaxın Lublin şəhərində hava hücumu sirenləri işə düşüb, əhaliyə təhlükəsiz yerlərə sığınmaq barədə təcili xəbərdarlıq göndərilib.
Jalə Rövşən