ABŞ Rusiyanın Polşadakı addımlarına susur - Tusk

ABŞ Rusiyanın Polşadakı addımlarına  susur - Tusk
20.11.2026 16:48 Dünya

Polşanın Baş naziri Donald Tusk Rusiya raketləri və pilotsuz uçuş aparatları ilə bağlı Polşa hava məkanında baş verən insidentlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Tusk  baş verənləri günahsız təsadüf kimi təqdim etməyin mümkün olmadığını və Polşnın hadisənin təfərrüatlarını ictimaiyyətə açıqlayacağını deyib. 

Baş nazir ABŞ-ın insidentlərə yanaşması ilə də razılaşmadığını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton mümkün cavab tədbirlərinin eskalasiyaya səbəb olmasını istəmir və müttəfiqlər vəziyyətə həddindən artıq reaksiya verməkdən çəkinirlər.

“Lakin mən, yumşaq desək, bu insidentlərin qiymətləndirilməsi və şərhi ilə bağlı Amerika tərəfinin mövqeyi ilə hər zaman razılaşmıram”, - o bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər