Rusiya Ukraynanı bombaladıqca Polşada sirenlər işə düşdü - VİDEO

Rusiya Ukraynanı bombaladıqca Polşada sirenlər işə düşdü - VİDEO
20.11.2026 15:37 Dünya

Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu fonunda Polşanın bir sıra ərazilərində hava həyəcanı siqnalları səsləndirilib, ölkənin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

TodayPress TV xəbər verir ki,  Radio Lublin-in məlumatına görə, Lublin şəhərinin sakinləri hava həyəcanı siqnallarını eşidiblər. Polşa Hökumətinin Təhlükəsizlik Mərkəzi (RCB) Podkarpatsk vilayətinin bütün ərazisində, eləcə də Lublin vilayətinin bir hissəsində yaşayan sakinlərə mümkün hava hücumu təhlükəsi barədə xəbərdarlıq edib. Əhaliyə sığınacaqlara keçmək və rəsmi qurumların göstərişlərinə əməl etmək tövsiyə olunub.

Bununla yanaşı, Polşanın hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Jeşuv hava limanında isə uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, Rusiya hücumu zamanı 2500 hərbçinin yerləşdiyi hərbi hissənin yaxınlığına da zərbə endirilib.

Polşada NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqi məsələsi  gündəmə gəlib. Qeyd edək ki, həmin maddəyə əsasən, alyansın üzvü olan bir ölkəyə silahlı hücum bütün üzvlərə qarşı hücum hesab olunur.

Polşa NATO-dan ölkənin və alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əlavə dəstək istəyəcəyini açıqlayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər