Estoniya Rusiyaya qarşı sərt addım: Bütün keçid məntəqələri bağlanır
Estoniya hökuməti Rusiya ilə sərhəddə yerləşən beş sərhəd-keçid məntəqəsinin dekabrın 1-dən etibarən bağlanması barədə rəsmi qərar qəbul edib.
Qərar ölkənin təhlükəsizliklə bağlı narahatlıqları fonunda verilib. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna daha əvvəl belə bir addımın atıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, qərara səbəb müdafiə sənayesi müəssisələrini hədəf alan yanğın hadisələridir.
Estoniya kəşfiyyatının iddiasına görə, bu il baş verən iki belə hücumun arxasında Rusiya xüsusi xidmət orqanları dayanıb.
Estoniya hökuməti bildirib ki, sərhədlərin bağlanması Rusiyanın Estoniyaya və digər Avropa ölkələrinə qarşı davam edən düşmənçilik xarakterli addımlarına cavabdır.
Məhdudiyyətlərin ən azı altı ay qüvvədə qalacağı gözlənilir. Bu müddət başa çatdıqdan sonra qərara yenidən baxıla bilər. Lakin sərhəd-keçid məntəqələri avtomatik olaraq açılmayacaq.
Türkan İsgəndərli