Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması qismən başa çatdı

Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması qismən başa çatdı
26.08.2025 14:44 İqtisadiyyat

Rusiyanın "c" şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya şirkəti məlumat yayıb.

Belə ki, Azərbaycanda 1 520 Siqnal ("Natsproektstroy"a daxildir) mütəxəssisləri Ucar-Hacıqabul dəmir yolu sahəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər: "Bununla da Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılması başa çatıb".

Bu, Bakı-Böyük Kəsik xəttində sərnişin qatarlarının hərəkət sürətini saatda 100 kilometrdən 140 kilometrə qədər artırmağa imkan verəcək.

Yük qatarları üçün bu göstərici saatda 80 kilometrdən 120 kilometrə qədər artacaq. Qatarlar arasındakı interval perspektivdə 20 dəqiqədən 8 dəqiqəyə qədər azalacaq.

İşlər Ucar-Hacıqabul sahəsində aparılıb, burada köhnəlmiş rele sistemləri əvəzinə müasir rəqəmsal avtomatika tətbiq edilib. İndi stansiya dispetçerləri məsafədən, kompüter vasitəsilə yol dəyişdiricilərini və işıqforları idarə edə, marşrutları təyin edə, cihazların parametrlərini nəzarətdə saxlaya və avadanlıqların nasazlıq əlamətlərini vaxtında aşkar edə biləcəklər.

Yeni sistem altı stansiyanın, 19 keçidin və 120-dən çox yol dəyişdiricisinin işini idarə edəcək.

Layihə "Rail Trans Service" şirkəti ilə tərəfdaşlıqda həyata keçirilib, sifarişçi isə "Azərbaycan Dəmir Yolları" QSC-dir.

Xatırladaq ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirini nəzərdə tutan layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb.

Hesablamalara görə daşımalar ildə 5 milyon ton olduqda, Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 ədəd olmalı və əlavə 50 yeni lokomotiv alınmalıdır. Həmin yol mənzilində tələb olunan yük vaqonlarının orta sayı 1 500 ədəd olmalı, əlavə olaraq 30 ədəd şərnişin vaqonu alınmalıdır

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantı olaraq 102,3 km-i əhatə edir. Bu xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Layihənin maliyyə tutumu 1,1 milyard ABŞ dollardan artıqdır. Onun 775 milyon dolları Azərbaycan tərəfinin sərmayələri ilə Gürcüstanın, 345 milyon dolları isə Türkiyənin payına düşür.

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər