Zidanın seçimi: ata məsləhəti, baba arzusu

İdman

27.12.2025 17:48

Əlcəzair millisinin qapıçısı Luka Zidan Mərakeşdə keçirilən 2025-ci il Afrika Millətlər Kubokunda Əlcəzair yığmasını təmsil etmək qərarı ilə bağlı danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Dailysports" nəşri məlumat yayıb. 

Luka Zidan bildirib ki, bu qərarında ailəsinin, xüsusən də babasının böyük rolu olub:

“Babam məni Əlcəzair üçün oynamağa təşviq edirdi. O istəyirdi ki, mən mənşəyimlə fəxr edim. Atam isə mənə dedi ki, seçimimi edim və bu seçimi əminliklə edim. Turnirdə ailəmin yanımda olması Əlcəzair bayrağını qorumaq üçün mənə daha çox güc verir”, - deyə Luka Zidanın sözlərini "Dailysports" nəşri sitat gətirib.

Məşhur fransız futbolçu və baş məşqçi Zinəddin Zidanın 27 yaşlı oğlu turnirin qrup mərhələsinin I turunda Sudanla oyunda (3:0) Əlcəzair millisində debüt edib.

Namiq HUN

TodayPress TV

tag: Luka Zidan,Əlcəzair,Afrika,Futbol,Todaypress.tv,