“Zenit”in yeni rekordçusu Semakdır

İdman

27.04.2026 17:34

Sergey Semak “Zenit” klubunun tarixinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Futbol mütəxəssisi Rusiya Premyer Liqası çərçivəsində komandanın sükanı arxasında ən çox oyuna çıxan məşqçi olub.

Çempionatın XXVII turunda “Axmat”la keçirilən və 2:0 hesabı ilə başa çatan görüş Semak üçün “Zenit”in baş məşqçisi kimi 238-ci oyun olub.

Bununla da o, 237 oyunla rekordun əvvəlki sahibi olan Yuri Morozovu geridə qoyub.

Qeyd edək ki, Sankt-Peterburq təmsilçisi Semakın rəhbərliyi altında 155 qələbə qazanıb və rəqib qapılarından 495 top keçirib. Hər iki göstərici klub rekordu hesab olunur.

Namiq HUN

TodayPress TV

tag: Sergey Semak,Zenit,Rusiya Premyer Liqası,Baş məşqçi,Todaypress.tv,