Zədə qorxusu və sıx qrafik: Karlos Alkaras üsyan etdi!
Böyük Dəbilqə turnirlərinin 7 qat çempionu, dünyanın 3-cü raketkası Karlos Alkaras sıx yarış qrafiki və tez-tez yaşanan zədələr səbəbindən illik təqvimə yanaşmasını dəyişəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, ispaniyalı tennisçi bu barədə "US Open - 2026" turnirinin üçüncü mərhələsinə yüksəldikdən sonra keçirilən mətbuat konfransında bildirib.
Karlos Alkaras gələcəkdə bəzi turnirləri buraxmağı və uzunmüddətli fasilələr götürməyi planlaşdırdığını deyib:
"Bir çox oyunçunun zədələndiyini görürük. Qrafikin necə sıx olduğunu nəzərə alsaq, əlbəttə ki, zədə səbəbindən fasilə vermək istəmirəm. Lakin gələcəkdə bir və ya iki aylıq uzun fasilələr götürmək fikrindəyəm. Bəzi turnirlərdə iştirakdan imtina edəcəyəm, çünki bütün yarışlarda oynamaq qeyri-mümkündür. getdikcə daha çox vacib turnir əlavə edirlər və müəyyən mənada bizi oynamağa məcbur edirlər. Bir çox idmançı yorulub və zədələnir. Əgər tədbir görülməsə, gələcəkdə belə halların sayı daha da artacaq".
Namiq HUN