“Yuventus” ulduzunu itirə bilər

İdman

27.12.2025 17:33

“Yuventus” klubunun cinah hücumçusu Kenan Yıldız “qoca sinyora” ilə müqavilənin uzadılması barədə razılığa gələ bilməyib. 

TodayPress TV "TuttoJuve" nəşrinə istinadən xəbər verir ki, futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. 

Məlumata görə, 20 yaşlı futbolçu illik 5,7 milyon avro maaş tələb edir. Lakin bu məbləğ Turin təmsilçisini çətin vəziyyətə salır.

Bu səviyyədə maaş İngiltərə Premyer Liqası klubları üçün problem deyil. “Arsenal”, “Çelsi” və “Tottenhem” Yıldızla maraqlanır. İngilis klubları onu həm hücumun hər iki cinahında, həm də hücumameyilli yarımmüdafiəçi mövqeyində oynaya bilən universal futbolçu kimi qiymətləndirirlər.

Qeyd edək ki, cari mövsümdə Kenan Yıldız bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri  75 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Yuventus,Kenan Yıldız,Turin,PL,Todaypress.tv,