Yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxdı

Yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxdı
23.07.2025 21:15 İdman

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxıb. 

TodayPress TV xəbər verir ki, Nuranə Hacızadə (-48 kq) və Zeyd Ələsgərov (-60 kq) gümüş medala yiyələnib. -52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb. 

İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. 

3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər