Yelena Parxomenko CEV-dən təyinat aldı

Yelena Parxomenko CEV-dən təyinat aldı
26.11.2025 11:00 İdman

Azərbaycanın kişilərdən ibarət yığma komandasının meneceri Yelena Parxomenko ilk dəfə beynəlxalq oyunu idarə edəcək.

TodayPress TV Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən xəbər verir ki, o, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Yelena Parxomenko qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda supervayzer kimi iştirak edəcək. 

Qeyd edək ki, o, noyabrın 27-də İstanbulda keçiriləcək “THY İstanbul” - “Avarca Menorca” (İspaniya) qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər