Kolumbiya qaranlığa büründü – Prezidentdən təcili qərar

Kolumbiya qaranlığa büründü  – Prezidentdən təcili qərar
25.11.2026 10:30 Dünya

Kolumbiyanın cənub-qərbində elektrik yarımstansiyasına edilən terror hücumu nəticəsində bir neçə departamentdə elektrik enerjisinin verilişi dayanıb.

TodayPress TV xəbər verir ki , bu barədə məlumatı Kolumbiya Prezident Administrasiyası verib.

Hücum nəticəsində iki elektrik dövrəsinin zədələnməsi və milli elektrik şəbəkəsi ilə əlaqənin pozulmasından sonra Prezident Abelardo de la Espriella elektrik enerjisi və qaz infrastrukturunun mühafizəsi üzrə təcili müdafiə planının hazırlanması barədə göstəriş verib.

Hökumət hücumu təhlükəsizliyin bərpası istiqamətində atılan addımlara cavab kimi qiymətləndirib və kritik infrastrukturun qorunmasının müzakirə mövzusu olmadığını bildirib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər