Bu öküzün çəkisi inanılmazdır: Mahaçevdən maraqlı paylaşım!

Bu öküzün çəkisi inanılmazdır: Mahaçevdən maraqlı paylaşım!
25.11.2026 10:18 İdman

İslam Mahaçev fermasında çəkisi 1350 kiloqram olan öküzü nümayiş etdirib və onun çəkisini 2 tona çatdırmaq niyyətində olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, UFC-nin yarımorta çəki dərəcəsində hazırkı çempionu, 35 yaşlı rusiyalı döyüşçü bu barədə sosial şəbəkə hesabında paylaşıb.

1350 kiloqramlıq öküzün çəkisini 2 tona çatdırmaq istədiyini zarafatla qeyd edən Mahaçev paylaşımına “Kreatin, protein” həştəqlərini də əlavə edib.

Qeyd edək ki, İslam Mahaçev UFC-də ardıcıl 17 qələbə qazanıb. Ümumilikdə onun aktivində 29 qələbə və 1 məğlubiyyət var.

Rusiyalı döyüşçü sonuncu döyüşünü avqustun 16-da ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən UFC 330 turnirində irlandiyalı İen Qerri ilə keçirib. Beş raund davam edən qarşılaşmanı Mahaçev hakimlərin yekdil qərarı ilə qazanıb. 

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər