“Mən çamadanam?” – Zelenskidən Lukaşenkoya sərt cavab

“Mən çamadanam?” – Zelenskidən Lukaşenkoya sərt cavab
25.11.2026 09:52 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya cavab verib.

TodayPress TV  xəbər verir ki, bu barədə “NEXTA”  “X” kanalında məlumat yayılıb.

“Qoy Lukaşenko Putini də götürüb Kiyevə uçsun. Biz onların təhlükəsiz qarşılanmasına zəmanət verəcəyik”.

“O, məni aparmağı təklif edir. Mən çamadanam? Məni götürüb təyyarəyə mindirsin və Moskvaya aparsın? Niyə? Bu, sadəcə, ciddi söhbət deyil”, – deyə Zelenski bildirib.

“Biz müharibə vəziyyətindəyik. Nə Moskvada, nə də Kiyevdə görüşə bilərik. Hamımız bunu çox yaxşı başa düşürük… Bu cür qeyri-konstruktiv təşəbbüslər yalnız informasiya məkanını lazımsız məlumatlarla doldurur və müharibənin başa çatmasına heç bir töhfə vermir”, – deyə o əlavə edib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər